Ufuk Budak 90 dəqiqə oynadı
30.10.2013 - 15:43
Millimizin futbolçusu Ufuk Budak “Əskişəhərspor”un əvəzedici komandasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, o, komandasının öz meydanında “Boluspor”la keçirdiyi görüşün iştirakçılarından olub.
“10” nömrəli forma ilə meydana çıxan Ufuk matçda 90 dəqiqə çıxış edib. Ancaq onun komandası qonaqlardan 0:2 hesablı məğlubiyyət alıb. Bu yenilgidən sonra “Əskişəhərspor” yer aldığı 3-cü qrupda 7 komanda arasında VI sırada qalıb.
Qeyd edək ki, Ufuk Budak cari mövsüm “Əskişəhərspor”un əvəzedici komandasının 4 oyununda meydanda olub və 2 qola imza atıb.

0
0