Bəs, sizin yerinizə kim utansın?
30.10.2013 - 16:30
“Məşqçilər qəbirstanlığı”nı xatırladan “Bakı”da yeni bir “məzar” qazmağın vaxtı çatıb. Paytaxt klubunun cari mövsümdə sərgilədiyi futbol və əldə etdiyi nəticələr baş məşqçi Milinko Pantiçin bir ayağının burda, digərinin gorda olduğunu düşünməyə əsas verir.
Serbiyalını da Bülənt Korkmaz, Cünyet Biçər, Vinfrid Şefer, Aleksandr Starkov, Novruz Əzimov və Bojidar Bandoviç olduğu yerə göndərmək lazımdır. Pantiç sələflərini intizarda qoymasa yaxşıdır.
Klub rəhbərliyi bizimlə həmfikirdirmi?
Bax, bunu söyləməkdə çətinlik çəkirik. Çünki “Bakı” ilə nə baş verir” sualını ünvanlamaq üçün uyğun birini tapmaq müşkülə çevrilib. Bəli, “Bakı” ölkəmizin ən varlı, əli hər yerə çatan klublarından biridir. Ancaq hazırda paytaxt təmsilçisi ilə bağlı qeyri-ciddi vəziyyət yaranıb, durum ürəkaçan deyil.
Klub prezidenti Hafiz Məmmədov “Land of fire Azerbaijan” layihəsi ilə bağlı xeyli müddətdi ölkə xaricindədir. Bir gün “Atletiko”nun prezidenti Enriko Seresonun qonağı olur, ertəsi “Lans”ın başqanı Jerve Martelin təşkil etdiyi ziyafətə qatılır. Hafiz bəy arada imkan edib, Monako knyazı ilə də görüşür, Radamel Falkaonun uşağı ilə şəkil çəkdirməyə də macal tapır. Bircə “Bakı” yada düşmür. “Zolaqlılar” açıq-aşkar “Atletiko” və “Lans”ın kölgəsində qalıb. Futbolçuların artıq 2 aydır maaş almamaqları gələn xəbərlər arasındadır.
Əvvəllər Hafiz bəy aylarla gözə dəyməsə belə, kimsə bunun fərqinə varmırdı. Çünki “Bakı”nın işlərini aparan adam – qardaşı Zeynal Məmmədov vardı. Ancaq komandanın son mövsüm uğursuz çıxışı ilə əlaqədar klub rəhbərliyi tam heyətlə istefa verəndən bəri Zeynal bəy gözə dəymir. Daha doğrusu, onun xaricə köçdüyü, kənarda şəxsi biznesini qurduğu söylənilir.
Əslində, köhnə rəhbərliyin kütləvi istefasından sonra onları əcnəbilər əvəzləməli, klubun infrastrukturu ispaniyalı mütəxəssislərə həvalə olunmalı idi. Ancaq artıq yeni mövsümdə 11 tur geridə qalsa da, yadellilərdən səs-soraq yoxdur. “Köhnə qvardiya”dan yalnız icraçı-direktor Yaşar Seyidov qalıb. Amma Seyidov hər hansı açıqlama verməkdən yayınır, arxa planda qalmağa üstünlük verir.
Hazırda “Bakı”nı Hafiz bəyin külli-ixtiyarı Pantiçin əlinə verdiyi bir klub kimi qəbul etmək olar. Serbiyalı sözün əsl mənasında istədiyini edir. Qorxub-çəkinmədən, kimsəyə hesabat vermədən...
Diqqət yetirin, “Bakı”nın əsas heyətindən 30-a yaxın futbolçu var. Ancaq onlardan ən yaxşı halda 15-i istifadəyə yararlıdır. Elə isə Pantiçin yay fasiləsində Edin Nuredinovski, Junior Vilson, Devidas Çesnauskis, Risti Ristoviç kimi futbolçuları göndərməməyinin səbəbi nədir? Axı o, bir çoxlarına demək olar şans verməyəcəyini öncədən bilirdi.
Rəşad Abdullayev, Aqil Nəbiyev, Əziz Quliyev kimi yerli oyunçuları “yararsız” adı ilə başqa kluba verib, əcnəbiləri saxlanmasında məqsəd nədir? Pantiçin oynatmayacağını bildiyi halda, bəzi legionerləri saxlamasında nə marağı var?
Suallar çoxdur. Serbiyalı mütəxəssisin transfer siyasətində müəmmalı məqamlar çoxdur. Elə komandanın sərgilədiyi futbol və qazandığı nəticələrdə də uyğunsuzluq var.
“Bakı”nın qeyri-stabil çıxış etdiyi, “Neftçi” istisna olmaqla, iddialı rəqiblərin heç birini məğlub edə bilməməyi faktdır.
Gəl ki, Pantiç hər şey yolunda imiş kimi davranır. Özü də, adam “haqqın yolunu” tapıb. Məsələn, AZAL-la 2 top fərqi ilə öndə olub, qələbəni əldən verdikləri matçdan sonra hakimlərə elə hücum çəkdi ki... Sonuncu turda “Rəvan”la qolsuz heç-heçədən sonra isə serbiyalının hədəfi rəqib futbolçular idi. Sitat: “Rəvan”ın oyunçularının hərəkətlərinə görə utanırdım”.
Bəs, sizin yerinizə kim utansın? Büdcənizə, heyətə və turnir cədvəlinə baxın!
ŞAMO

0
0