“Neftçi” düşərgəsindən üzrxahlıq - FOTO
30.10.2013 - 17:06
“Simurq”la görüşdə qələbəyə layiq oyun nümayiş etdirsək də, qol vura bilmədik. Elə təkcə mənim fərqlənmək üçün bir neçə real imkanım oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev deyib.
Yarımmüdafiəçi klubunun rəsmi saytına Topaz Premyer Liqasında “Simurq”la matçda (0:0) xal itirmələrindən danışıb: “Bu fürsətlərdən yararlana bilməməyimizi azarkeşlər təbii olaraq narazılıqla qarşılayırlar. Əlbəttə ki, nəticə tələb etmək azarkeşlərin haqqıdır və onlar öz fikirlərini sosial şəbəkələrdə də bildirirlər. Sadəcə, oyun sonrası psixoloji gərginlik səbəbindən bir azarkeşlə dialoqum sərt alınmışdı. Elə bu oyunda fərqlənə bilmədiyimə görə özümü hamıdan çox qınayıram. Qoy azarkeşlərimiz bilsin ki, biz futbolu onlar üçün oynayırıq. Azarkeşlərə Avropa Liqası, 3 qat ölkə çempionluğu yaşadan “Neftçi” bunun davamını gətirəcək”.

0
0