“Neftçi”nin 11 nömrəsi
31.10.2013 - 00:01
“Neftçi”nin 11 nömrəsi
Bu həftə keçiriləcək Topaz Premyer Liqasının XII turu “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”la əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada bakılıların baş məşqçisi Nazim Süleymanov ölkənin ən prinsipial rəqiblərinin duelində debüt edəcək.

Cənub təmsilçisinin heyətinə ilk baş məşqçi kimi düşən Süleymanov indiyədək heç vaxt “Neftçi” – “Xəzər Lənkəran” oyunlarında iş başında olmayıb. Ərəfəsində olduğumuz 31-ci “Böyük oyun”a qədər paytaxt klubunu bu qarşılaşmalara 10 mütəxəssis çıxarıb.

Süleymanov isə bu siyahıya 11-ci kimi daxil olacaq. “Xəzər Lənkəran” isə daha az – 9 baş məşqçi ilə “Neftçi” önünə çıxıb. Hər iki komandanı “Böyük oyun”a çıxaran yalnız bir mütəxəssisin – Ağasəlim Mircavadovun olduğunu nəzərə alsaq, bu duellərdə ümumilikdə 18 çalışdırıcı iş başında olub.

“Neftçi”ni hamıdan çox – 8 oyuna Arif Əsədov çıxarıb. Böyükağa Hacıyev bu göstəricidə ikincidir – 7 matç. Lakin onların göstəriciləri Mircavadovla müqayisədə daha zəifdir. Təcrübəli mütəxəssis lənkəranlılara qarşı 5 görüşdə məğlub olmayıb.

“Xəzər Lənkəran”ı da hamıdan çox oyuna çıxaranların hesabında 8 matç var. Burada Mircavadova Mirça Rednik şərikdir. Rumıniyalı “Böyük oyun”larda 1 komandaya ən çox xal qazandıran baş məşqçidir.
“Neftçi”dəki 5 görüşdə uduzmayan Mircavadovun ümumilikdə 13 “Böyük oyun”da 2 dəfə məğlubiyyətə üzüldüyünü nəzərə alsaq, bu prinsipial matçların cəmi 6 məğlubedilməzi var. Onlardan da 4-ü cəmi 1 dəfə dueldə iştirak edib. Bu mənada rekord isə Con Toşaka məxsusdur. “Neftçi” ilə 3 görüşdə uduzmayan uelsli “Böyük oyun”ların məğlubedilməzləri arasında hamıdan öndədir.

“Neftçi”nin “Böyük oyun”lardakı məşqçiləri
Ağasəlim Mircavadov
5
3
2
0
8-5
11
Böyükağa Hacıyev
7
2
2
3
9-6
8
Arif Əsədov
8
0
6
2
6-8
6
Qurban Qurbanov
2
1
0
1
2-2
3
Vlastimil Petrjela
1
1
0
0
1-0
3
Böyükağa Ağayev
1
1
0
0
2-1
3
Vaqif Sadıqov
2
0
2
0
0-0
2
Tərlan Əhmədov
2
0
1
1
1-2
1
Anatoli Demyanenko
1
0
0
1
0-1
0
Hans-Yurgen Gede
1
0
0
1
0-2
0


“Xəzər Lənkəran”ın “Böyük oyun”lardakı məşqçiləri
Mirça Rednik
8
3
4
1
9-11
13
Ağasəlim Mircavadov
8
2
4
2
3-3
10
Con Toşak
3
1
2
0
2-1
5
Rasim Kara
4
1
1
2
5-5
4
Yunis Hüseynov
3
1
1
1
3-3
4
Karles Martorell
1
1
0
0
2-1
3
Viktor Pasulko
1
0
1
0
2-2
1
Şenol Fidan
1
0
0
1
0-1
0
İqor Ponomaryov
1
0
0
1
1-2
0

Qeyd: penaltilər seriyası cədvəldə nəzərə alınmayıb.