“Borussiya” Kloppla müqaviləni yenilədi - FOTO
30.10.2013 - 21:45
“Borussiya” Kloppla müqaviləni yenilədi - FOTO
Dortmund "Borussiya"sı baş məşqçisi Yurgen Klopp ilə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə klubu saytı məlumat yayıb.

Təcrübəli mütəxəssisin 2016-cı ildə başa çatacaq müqaviləsi daha iki il uzadılıb. Bununla da 46 yaşlı mütəxəssis 2018-ci ilə qədər Almaniya təmsilçisini çalışdıracaq.

Klopp klubu ilə yeni anlaşmasını belə şərh edib: “Məni yaxından izləyən Avropanın bir çox səviyyəli klubları planlarını təxirə salmalı olacaqlar. Hesab edirəm ki, doğru zamanda doğru yerdə olmaq vacibdir. Hazırda “Borussiya” mənim üçün mükəmməl yerdir”.

Qeyd edək ki, 2008-ci ildən “Borussiya”nı çalışdıran Klopp iki dəfə komandası ilə Bundesliqa çempionu olub