Futbolçularımızdan biri oynadı, digərinə şans verilmədi
31.10.2013 - 00:58
Ötən gün Futbol üzrə Türkiyə Kubokunda III turun oyunları keçirilib. Apasrort.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Andrey Popoviç və Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” səfərdə “İskəndərun Dəmirçəlikspor”la üz üzə gəlib.
“5 İyul” stadionunda keçirilən qarşılaşmada 90 dəqiqəsi və əlavə vaxtı qolsuz başa çatıb. Bununla da tərəflər penaltilərə üz tutub. Bu mərhələdə daha dəqiq oynayan qonaq komanda meydandan 4:3 hesabı ilə qalib ayrılıb və adını 4-cü tura yazdıra bilib.
Baş məşqçi Ümit Erol Tok müdafiəçi Nduka start heyətdə şans versə də onu 89-cu dəqiqədə əvəzləyib. Qapıçımız Popoviç isə iştirak ərizəsinə düşməyib.

0
0