“Real” – “Sevilya” matçında 10 qol - VİDEO
31.10.2013 - 04:20
Dünən İspaniya La Liqasında XI turun daha 4 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, 4 oyuna 21 qol vurulub.
Tamaşaçılar bu qollardan 10-nu Madriddə baş tutan “Real” – “Sevilya” matçında izləyib. Hər hissəsinə 5 qol vurulan qarşılaşmada meydan sahibləri 7:3 hesabı ilə qələbə qazanıb. “Real”dan qolları Qaret Beyl (13, 27), Kriştianu Ronaldu (32-pen., 60, 71), Karim Benzema (53, 80), “Sevilya”dan isə Karlos Bakka (40) və İvan Rakitiç (38-pen., 63) vurub. Rakitiç 74-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Qeyd edək ki, 91 milyon avroya “Tottenhem”dən “Real”a transfer olunan Beyl bu komandada 2-ci və 3-cü qollarını vurub.

0
0