Araz Ağalarov: “Fənərbaxça” haqda heç düşünməmişəm
31.10.2013 - 10:06
Araz Ağalarov: “Fənərbaxça” haqda heç düşünməmişəm
Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov Türkiyənin “Fənərbaxça” klubunun rəhbərliyində yer alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, “Komsomolskaya pravda”ya müsahibə verən “Krokus” şirkətinin prezidenti bu xəbərləri təkzib edib.

- Sizin “Fənərbaxça” klubunu almağa hazırlaşdığınız haqda xəbərlər yayılıb. Bunlar nə dərəcədə həqiqətəuyğundur?
- Yox, bunlar düz deyil. Bu mövzuda heç düşünməmişəm də. Bunu etməyə də hazırlaşmamışam.

- Bəs niyə belə informasiyalar yayılıb?
- Buna şərh vermək çətindir.

- Ümumiyyətlə, rusiyalı biznesmen Araz Ağalarov xarici klub almaq iqtidarındadır?
- Düşünürəm ki, nəyisə almaq lazımdırsa, bu da Rusiya klubu olmalıdır.

- Rusiya klubu almaq niyyətində deyilsiz ki?
- Birincisi, mən 2 komandanın - futbolda Moskva “Dinamo”su və otüstü hokkeydə Krasnoqorsk “Zorki”sinin sponsoruyam. Bunun öhdəsindən çətinliklə gəlirəm və bu planda nəsə almağa hazırlaşmıram.