Liderlər mərkəzi arenada, “Böyük oyun” kölgədə
31.10.2013 - 10:46
Liderlər mərkəzi arenada, “Böyük oyun” kölgədə
Sabah Topaz Premyer Liqasının oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək XII turun 5 qarşılaşmasından dördü Bakıda baş tutacaq.

Tura qələbə həsrətində olan 2 komandanın oyunu ilə start veriləcək. Çempionatın ortababları “Bakı” ilə “Simurq” uğursuz seriyaya son qoymağa çalışacaqlar. Belə ki, paytaxtın eyniadlı təmsilçisi 3, zaqatalalılar isə 5 turdur qələbə nə olduğunu bilmir. Üstəlik, bakılılar ardıcıl 2 heç-heçə edib.

Həftənin yeganə paytaxt derbisində “İnter”lə “Rəvan” qarşılaşacaq. Özünə yaraşmayan mövqedə olan Kaxaber Sxadadzenin yetirmələri I dövrədə darmadağın etdiyi autsayderlərdən biri ilə görüşə yenə 3 xal üçün çıxacaq. 6 turdur qələbə qazana bilməyən “Rəvan” yeni baş məşqçisi ilə ilk dəfə 3 xal qazanmaq arzusundadır.

Turun 2 mərkəzi oyunundan birincisində “Neftçi” “Xəzər Lənkəran”ı qəbul edəcək. Artıq 6 turdur uduzmayan bakılılar liderlik iddiasında olduğundan “Böyük oyun”dan qalib ayrılmağa çalışacaq. Vaxtilə çalışdırdığı Lənkəran təmsilçisi ilə görüşdə Nazim Süleymanov ilk qələbəsini, “ağ-qaralar” Superkubokdakı məğlubiyyətin əvəzini çıxmağı arzulayır. Ardıcıl 7 matçdır qapısında qol görən cənublular isə bu seriyanı Bakıda dayandırmaq əzmində olacaq.

Turnir cədvəlinə əsasən turun oyunu Respublika stadionunda “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək. Bu görüş liderlərin iştirakı ilə keçirildiyindən “Böyük oyun”u da kölgədə qoyur. Digər komandalardan xeyli uzaqlaşan rəqiblər liderlik uğrunda mübarizə aparacaq. Bunadək ağdamlılar 3, qəbələlilər 2 görüşdə ardıcıl qələbələr qazanıb. 3 turdur meydanı qolsuz tərk etməyən rəqiblərin görüşündəki heç-heçə də meydan sahiblərini zirvədə saxlayacaq. Yuri Syomin yetirmələri isə ardıcıl 5 matçdır qol buraxmayan “Qarabağ”ın seriyasına son qoymaq əzmindədir. Çünki qonaqlar yalnız qələbə ilə rəqibini keçə bilər.

Mövsümün ən çox qol vurub, ən az top buraxan komandası olan Ağdam təmsilçisi səfərdə qalib gəldiyi rəqibini yenə itkisiz arxada qoymaq əzmindədir.

Autsayderin qonağı olacaq AZAL qələbə həsrətinə Sumqayıtda son qoya bilər. Artıq 5 oyundur qol vura bilməyən “Sumqayıt” son pilləni tərk etmək üçün “təyyarəçilər”i xalsız qoymalıdır. Vaqif Sadıqovun yetirmələri isə 4-cü pillədəki mövqeyini qorumaq üçün 6 matçlıq qələbəsizliyə “dur” deməlidir.

1 noyabr (cümə)

15:00. “Bakı” – “Simurq”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Komandaların I dövrədəki oyunu – 3:0

2 noyabr (şənbə)
19:00. “Neftçi” – “Xəzər Lənkəran”
“Bakcell Arena” stadionu
Komandaların I dövrədəki oyunu – 0:0

19:00. “İnter” – “Rəvan”
“Şəfa” stadionu
Komandaların I dövrədəki oyunu – 5:1

3 noyabr (bazar)

15:00. “Sumqayıt” – AZAL
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni
Komandaların I dövrədəki oyunu – 0:1

17:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu
Komandaların I dövrədəki oyunu – 1:0

komandaoqhmtx
1
Qarabağ
11
7
3
1
20-4
24
2
Neftçi
11
6
4
1
14-7
22
3
Qəbələ
11
7
1
3
17-9
22
4
AZAL
11
4
3
4
11-15
15
5
Bakı
11
4
3
4
18-12
15
6
Simurq
11
3
5
3
9-9
14
7
İnter11
4
1
6
18-16
13
8
Xəzər L
11
3
4
4
9-13
13
9
Rəvan
11
1
4
6
5-21
7
10
Sumqayıt
11
1
2
8
5-20
5

Bombardirlər: Mindauqas Kalonas (Bakı) - 5 qol, Reynaldo (Qarabağ) - 5 qol