Fateh Terimin qızı “Fənərbaxça”ya gəlin gedir
31.10.2013 - 12:40
Fateh Terimin qızı “Fənərbaxça”ya gəlin gedir
Türkiyə millisinin baş məşqçisi Fateh Terimin qızı Busənin bu gün nişan mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis vaxtilə “Qalatasaray”da və millidə rəhbərliyi altında oynamış Əmrə Bələzoğlu ilə qohum olur.

Belə ki, tanınmış mütəxəssis qızını hazırda “Fənərbaxça”nın şərəfini qoruyan Bələzoğlunun bacısı oğlu Volkan Bahçekapılı ilə evlənməsinə razılıq verib. Nişan mərasimi Terimin evində baş tutacaq.

Cütlük bunun ardınca yaxınlarını başqa məkanda ziyafət verəcək. Artıq Terimin böyük qızı Merve Çətinin “Fənərbaxça”lı ilə qohum olacaqları üçün stol açdığı da bildirilir.

Qeyd edək ki, Terim az öncə “Qalatasaray”la müqaviləsini pozaraq, millinin “sükanı” arxasına keçib.