Millimiz üçün təlim-məşq bazası – FOTOSESSİYA
31.10.2013 - 13:15
Azərbaycan milli komandaları üçün təlim-məşq bazasının inşası davam edir. Apasport.az saytının məlumatına görə, AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində olacaq bazada tikinti işləri sürətlə gedir. Assosiasiyanın növbəti layihəsi olan təlim-məşq bazasının inşası üçün tələb olunan maliyyə vəsaitinin 80 faizi UEFA tərəfindən ödəniləcək.
Qeyd edək ki, bazanın təməlqoyma mərasimi UEFA-nın prezidenti Mişel Platini iştirakı ilə bu il sentyabrın 21-də keçirlib.
Mənbə: affa.az
Qeyd edək ki, bazanın təməlqoyma mərasimi UEFA-nın prezidenti Mişel Platini iştirakı ilə bu il sentyabrın 21-də keçirlib.
Mənbə: affa.az
0
0