Milinko Pantiç: Futbolçular qələbədən başqa ağlına heç nə gətirməməlidirlər
31.10.2013 - 14:08
Milinko Pantiç: Futbolçular qələbədən başqa ağlına heç nə gətirməməlidirlər
“Digər çempionat matçları kimi “Simurq”la görüş də çox vacibdir. Belə durumda bizə 3 xalı qazanmaq çox zəruridir”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Sabah “Bakı” XII tur çərçivəsində “Simurq”u qəbul edəcək. “Bakı” bu gün oyunöncəsi son məşqini keçirib.

Serbiyalı baş məşqçi Milinko Pantiç qarşılaşma haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Son oyunu yaxşı keçirmişik, amma qol vura bilmədik. Bu futboldur, bəzən belə də olur. Sabahkı qarşılaşmada praktiki və çox güclü effekti olan futbol nümayiş etdirməyə çalışacağıq. Premyer Liqada hər bir görüş mürəkkəb xarakter alıb. Ev matçına çıxırıqsa, futbolçular qələbədən başqa ağlına heç nə gətirməməlidirlər”.

Qeyd edək ki, “Bakı” – “Simurq” oyunu saat 15:00-da başlayacaq. Günün yeganə qarşılaşmasını Ramil Diniyev idarə edəcək.