Tuyqun Nadirov: Özlərini hörmətdən salırlar
31.10.2013 - 14:30
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Komandanız son 2 görüşdən fərqli nəticələrlə ayrıldı. Əvvəlcə Superkubokda “Neftçi”ni məğlub edib (2:1), arından çempionatda “Qarabağ”a uduzdunuz (0:3). Komanda hazırda yenilginin, yoxsa qalibiyyətin təsirindədir?
- “Qarabağ”a uduzsaq da, zəif çıxış etmədik. Matç çox yüksək səviyyədə alındı. Azərbaycan çempionatında bu cür görüşlər tez-tez baş tutmur. Müəyyən səhvlərə yol verildi ki, bu da sonda məğlubiyyətimizlə nəticələndi. İlk qolu biz vursaydıq, bəlkə də qalib gələcəkdik. Yəni, hesab oyuna görə olmadı. Pis oynadığımız üçün uduzmamışıq. Ona görə də, əhval-ruhiyyə yerindədir. Bütün fikrimizi “Neftçi” ilə duelə yönəltmişik.
- “Xəzər Lənkəran” mövsümə yaxşı başlamasa da, “Neftçi”yə uduzmur. İlk dövrəyə təsadüf edən matç qolsuz bərabərliklə başa çatdığı halda, Superkubokda qalib gəldiniz. Bu, “Xəzər Lənkəran”ın “Böyük oyun”lara xüsusi motivasiya olmasından irəli gəlir?
- Biz heç bir oyuna xüsusi hazırlaşmırıq. “Neftçi” də rəqiblərimizdən biridir. Təbii, elə oyunlar var ki, komandanın üzərində məsuliyyət daha da böyük olur. Burda əsas məsələ azarkeş marağıdır. Ajiotaj olan qarşılaşmalar istər-istəməz bir qədər fərqli alınır.
Deyərdim ki, rəqiblər bizə qarşı xüsusi hazırlaşır. Çünki “Xəzər Lənkəran” xüsusi bir klubdur. Bizim ev oyunlarımızda olan atmosferi hələlik ölkəmizdəki başqa stadionlarda görə bilməzsiniz. “Xəzər Lənkəran”ı xüsusi edən onun azarkeşləridir.
- Klubların sizə qarşı xüsusi hazırlaşdığını qeyd etdiniz? Bəs hakimlər necə, onlar da “Xəzər Lənkəran”a fərqli gözlə baxırlar? Bunu klubunuzun ədalət təmsilçilərindən tez-tez şikayətləndiyini nəzərə alaraq soruşuruq...
- İstəməzdim deyəm ki, hakimlər birmənalı şəkildə bizə qarşı qərəzlidirlər. Düşünürəm ki, səhvlər bəzi hakimlərin qeyri-peşəkarlığından irəli gəlir. Yəni bilərəkdən etmirlər, sadəcə, bacardıqları budur. Diqqət yetirin, bu mövsüm yalnız “Xəzər Lənkəran”ın penaltisi ləğv edilib. Özü də, iki dəfə. Əvəzedicilərin çempionatında “Rəvan”la görüşümüzdə və Superkubokda. Naxçıvandakı qarşılaşmada Sadio Tounkaranın meydandan qovulması da düzgün deyildi. İstər-istəməz bu cür hallar kluba, azarkeşlərə pis təsir edir. Davamlı düzgün qərarlar verilməyəndə hansının qərəz, hansının səhv olduğunu aydınlaşdırmaq olmur, arada narazılıq yaranır. Səhv qərarla özlərini hörmətdən salırlar. Təbii ki, oyunu idarə edən referilər. “Xəzər Lənkəran” bacardığı qədər qalmaqallardan, söz-söhbətlərdən qaçmağa çalışır. Heç bir kluba problem lazım deyil, o cümlədən bizə də. Hakimlərdən tez-tez şikayət ediriksə, bu o demək deyil ki, onların hamısı pisdir. Son illər AFFA-nın müəyyənləşdirdiyi düzgün strategiya sayəsində perspektivli gənc hakimlər yetişib. Biz onların inkişaf etməsini, Azərbaycan futboluna töhfə vermələrini istəyirik.
- Qarşıdakı oyuna proqnozunuz?
- Heç vaxt oyun ərəfəsində proqnoz vermirəm. Sadəcə, öz komandamızın gücünə inanıram. Rəhbərlik tərəfindən qarşımıza qoyulan məqsəd qələbə qazanmaqdır. Bunun üçün maksimum güc sərf edəcəyik. Turnir cədvəlindəki durumumuz real gücümüzü əks etdirmir. Naxçıvandakı Superkubok matçında da nəyə qadir olduğumuzu göstərdik. Azlıqda oynasaq da, qələbə topunu vurub, Superkuboku Lənkərana gətirdik. “Xəzər Lənkəran” qısa müddət ərzində ilk “üçlük”də olacaq.
- Sizcə, budəfəki görüşdə nə həlledici ola bilər?
- Önəmli olan futbolçularımız arxayınlaşmamağıdır. Düşünməməlidirlər ki, “Neftçi”ni Superkubokda məğlub etmişik, indi də udacağıq. Rəqib də oyuna ciddi hazırlaşıb. Özü də, bu, Nazim Süleymanovun “Neftçi”nin baş məşqçi postunda “Xəzər Lənkəran”a qarşı ilk oyundur. Hər bir mütəxəssis istər ki, əsas rəqiblərdən biri üzərində qələbə qazansın.
- Baş məşqçi Con Toşak qol vəziyyətlərini reallaşdıra bilməməkdən şikayətlənir...
- Oyun planı baxımından nəyin necə olduğunu baş məşqçimiz yaxşı bilir. Toşak azlıqda qalan komanda ilə “Neftçi”yə qalib gəlməklə, səviyyəsini göstərdi. Biz ona inanırıq. Məşqçimiz əlindəki heyətlə ən yaxşısını edə biləcək birisidir.
- Qapıçı problemini “Xəzər Lənkəran”ın əsas zəif yeri saymaq olarmı?
- Yenə deyirəm, komandaya baş məşqçi cavabdehdir. O, bu gün kimə güvənirsə, demək doğru olanı edir.
- Şənbə günü “Bakcell Arena”da keçiriləcək matça qonaq komandanın azarkeşlərinin gəlməsinə qadağa qoyulub. Lakin cənublu fanatların fərdi şəkildə stadiona gələcəkləri gözlənilir. Tərəfdarlar arasında mümkünü qalmaqaldan qaçmaq üçün azarkeşlərinizin arenaya gəlməməkləri yönündə çağırış edəcəksiniz?
- Biz klub olaraq azarkeşləri oyunlara aparmırıq. Lənkərandakı oyundan sonra AFFA İntizam Komitəsi “Böyük oyun”lar zamanı qonaq komandanın azarkeşlərin stadiona gəlmələrini qadağan edib. Ancaq kimsə fərdi şəkildə oyunu izləməyə gələcəksə, biz “gəlmə” deyə bilmərik. Bu hər kəsin şəxsi işidir. Futbol azarkeşlər üçün oynanılır.

0
0