Sadıq Sadıqovun qəzəbi: Mükafat olmayacaq!
31.10.2013 - 16:34
Sadıq Sadıqovun qəzəbi: Mükafat olmayacaq!
“Neftçi” Topaz Premyer Liqasının XII turunda “Xəzər Lənkəran” üzərinə qələbə qazanarsa, futbolçulara böyük məbləğdə mükafat verilməyəcək. Apasport.az saytının əldə etdiyi məlumatına görə, buna səbəb klub prezidenti Sadıq Sadıqovun heyət üzvlərini hələ də bağışlamamağıdır.

Naxçıvanda keçirilən Azərbaycan Superkuboku uğrunda matçda “Neftçi”nin azlıqda oynayan “Xəzər Lənkəran”a uduzması (1:2) Sadıqovu bərk qəzəbləndirib. Bu səbəbdən klub rəhbərliyində yer alan şəxslər qarşıdakı oyunun futbolçuların günahlarını yumaları üçün bir şans olduğunu düşünürlər. Belə bir vəziyyətdə isə böyük məbləğdə mükafatdan söhbət gedə bilməz.

Qeyd edək ki, adətən “Xəzər Lənkəran”la “Neftçi”nin iştirakı ilə baş tutan görüşlərdə qalib gələn klub futbolçularına böyük məbləğdə mükafat verir.