“Zədəli, qırmızı vərəqə üzündən matçı buraxmalı olan futbolçularımız var”
31.10.2013 - 19:00
“Bakı” ilə qarşılaşacağıq. Bu artıq bizim üçün yeni bir oyundur”. Bunu apasport.az saytına “Simurq”un yarımmüdafiəçisi Stepan Polyak deyib.
Xorvatiyalı mərkəz yarımmüdafiəçisi sabah baş tutacaq “Bakı” ilə oyun haqqında fikirlərini bildirib: “Hər qarşılaşma çətindir. Çünki çempionatda zəif komanda yoxdur. “Bakı” yaxşı komandadır. Bizim bəzi problemlərimiz var. Zədəli oyunçumuz, qırmızı vərəqə üzündən matçı buraxmalı olan futbolçumuz var. Həmin futbolçular artıq 2-3 oyunumuzu buraxmalı olub. Ancaq “Neftçi” ilə oyunda olduğu kimi, güclü rəqibimizə qarşı bacardığımız qədər müqavimət göstərəcəyik”.
Qeyd edək ki, “Bakı” – “Simurq” oyunu sabah saat 15:00-da başlayacaq.

0
0