Marius Pena FİFA-ya şikayət edirmiş...
01.11.2013 - 00:01
Cari mövsümdə “Bakı”da əsas heyətə düşə bilməyən Marius Pena halından məmnun deyil. Apasport.az saytının əldə etdiyi məlumatına görə, rumıniyalı futbolçu paytaxt klubunu tərk etməyə hazırlaşır.
Əslində, Pena yay fasiləsi zamanı “zolaqlılar”dan ayrılmaq istəyib. Maaş almamağından şikayətçi olan hücumçu rəhbərliklə görüşərək, getmək niyyətində olduğunu bildirib. Hətta 3 aya yaxın pul üzünə həsrət qaldığından futbolçu problemi məhkəmə yolu ilə - FİFA-ya şikayət etməklə həll olunmasını istəyib.
Maraqlıdır ki, Marius həmin ərəfədə başqa bir iddialı klubumuzun qapısını döyüb. Lakin “Bakı” rəsmiləri futbolçuya olan borcunu ödəyərək, onun komandada qalmağa razı sala biliblər.
Qeyd edək ki, ötən qış “Bakı”ya transfer olunan Marius Penanın müqaviləsinin müddəti ilin sonunda başa çatır. Rumıniyalı futbolçu çox güman həmin vaxt yayda qapısını döydüyü kluba keçəcək.

0
0