“Çelsi” 18 yaşlı futbolçu ilə müqavilə imzaladı
31.10.2013 - 23:53
“Çelsi” 18 yaşlı futbolçu ilə müqavilə imzaladı
İngiltərə təmsilçisi “Çelsi” gənc futbolçu Bertrand Traore ilə 4.5 illik müqavilə imzalayıb. Apasport.az klub saytına istinadən xəbər verir ki, yayda yoxlanış üçün əsas komandanın təlim-məşq toplanışına qatılan burkina-fasolu yarımmüdafiəçini məşqçilər korpusu bəyənib.

Qeyd edək ki, Traore 2011-ci ildən Burkina-Faso millisində çıxış edir.