Skolari: Kosta bizi arxamızdan vurdu
01.11.2013 - 07:29
Skolari: Kosta bizi arxamızdan vurdu
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari komandasından imtina edən Dieqo Kosta barədə maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan Skolari bu seçimin Deko və Pepenin məsələsindən fərqli olduğunu bildirib.

Braziliyalı mütəxəssis Kostanın onları arxadan vurduğunu deyib: “Ona əsəbi olub - olmadığımı soruşursunuz. Məndən söz almağa çalışmayın. Deko və Pepenin məsələsi ilə Kostanınkı arasında dağlar qədər fərq var. Deko bizim millidə heç vaxt çıxış etmədi, Pepe isə bizim dəvətimizdən öncə Portuqaliyanı seçmişdi. Dieqo isə bizim aşağı yaş qrupları üzrə yığma komandalarımızda çıxış etdi, sonar bizi arxamızdan vurdu”.

Qeyd edək ki, hər iki ölkənin də vətəndaşlığına malik Kosta Braziliya millisindən imtina edərək İspaniyanı seçib.