“Roma” A Seriyasında ilkə imza atdı
01.11.2013 - 09:59
“Roma” A Seriyasında ilkə imza atdı
İtaliyanın “Roma” klubu A Seriyasında yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu ölkə çempionatının ilk 10 turunda qələbə qazanmaqla, tarix yazıb.

Ötən tur səfərdə “Udineze”ni məğlub edərək “Yuventus”un 2005/06 mövsümündə müəyyənləşdirdiyi rekordu təkrarlayan “canavar”lar ilkə imza atıblar.

Belə ki, “Roma” dünən gecə evdə “Kyevo”nu Marko Boriellonun tək qolu ilə yenərək, çempionatın ardıcıl 10-cu qələbəsini rəsmiləşdirib. Bu isə indiyədək A Seriyasında görünməmiş haldır.

“Roma”nın 10 tur ərzində cəmi 1 qol buraxıb, son 7 matçda qapısını toxunulmaz saxlaması da diqqət çəkən məqamdır.

Qeyd edək ki, sonuncu dəfə Skudettonu 2000/01 mövsümündə qazanan “Roma” hazırda
2-3-cü pillələri bölüşən “”Napoli” ilə “Yuventus”u 5 xal qabaqlayır.