Yuri Syomin “Terek”ə cavab verdi
01.11.2013 - 10:11
Yuri Syomin “Terek”ə cavab verdi
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin karyerasını yenidən vətəni Rusiyada davam etdirmək istəmir. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Qroznının “Terek” klubunun baş məşqçisi olmağa razılaşmayıb.

Rusiyalı həmkarlarımızın iddiasına görə, Syominlə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun şəxsən özü danışıb. Lakin respublika başçısı da “Qəbələ”nin baş məşqçisini Yuri Krasnojanın istefasından sonra çalışdırıcısız qalan “Terek”ə keçməyə razı sala bilməyib.

Qeyd edək ki, Syomin bu ilin yayından “Qəbələ”nin baş məşqçisidir.