Yura Movsisyan: Bakıda doğulmuşam, amma bu barədə...
01.11.2013 - 10:24
“Mən erməniyəm, lakin heç vaxt Ermənistanda yaşamamışam. Bakıda doğulmuşam, amma bu barədə danışmaq istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ermənistan mətbuatına müsahibəsində Moskva “Spartak”ının hücumçusu Yura Movsisyan deyib.
1987-ci ildə Bakıda doğulan, 12 yaşında ABŞ-a köçən Movsisyan 3 il öncə Ermənistan yığmasında debüt etdi.
O, bildirib ki, milli komandaya çağırılan vaxt seçim etməli olub: “Ermənistanla bağlı olmayan mövzularda danışmaq istəmirəm. ABŞ-a köçəndən sonra həyatımda müsbət dəyişikliklər oldu. ABŞ milli komandasında oynamaq imkanım vardı. Ancaq tarixi vətənim olan Ermənistanı seçdim”.
Qeyd edək ki, Yura Movsisyan karyerası ərzində ABŞ-ın “Real Solt-Leyk”, “Kanzas Siti”, Danimarkanın “Randers” və Rusiyanın “Kuban” klublarında çıxış edib. O, 2013-cü ildən Moskva “Spartak”ının üzvüdür.

0
0