Haynts Barmettler: “İnter”də qaynar su tapmaq olmurdu
01.11.2013 - 11:11
“Gənc olanda həmişə futbol haqda düşünürsən. Çempionlar Liqası, Avropa Liqası... Mən bu arzularla böyümüşəm. Ancaq heç vaxt özümə buna necə nail olacağım və ya orda iştirak edə biləcəyimlə bağlı təzyiq etməmişəm”. Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Real Valyadolid” klubunun futbolçusu Haynts Barmettler deyib.
Dominikan yığmasının isveçrəli futbolçusu avqustda baxışdan uğurla keçdikdən sonra La Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
Alman, fransız, ingilis, ispan dillərində bilən Barmettler klubunda poliqlot funksiyasını icra etdiyini bildirib. Onun sözlərinə görə, mərakeşli müdafiəçi Zakarya Berqdişin fransızcadan ispancaya tərcüməçilik funksiyasını icra edir: “Onlara söylədim ki, havayı yerə tərcüməçi tutmayın. Tərcüməçiyə verəcəyiniz pulu mənə verin, sizə kömək edim”.
İlk peşəkar klubunun “Qrasshoppers” olduğunu, ilk peşəkar müqaviləsini isə “Sürix”lə bağladığını bildirən 26 yaşlı müdafiəçi “İnter”də oynamasından da danışıb: “Azərbaycanda oynamaq çətin idi. Ona görə ki, orda ingiliscə danışa bilmirdilər. Ancaq rus və Azərbaycan dillərindən istifadə olunurdu. Onlar xarici futbolçulara qarşı çox soyuq idilər. “İnter”də oynayarkən boş vaxtımı itirdim. Ancaq özüm üçün bəzi şeyləri bildim. İsveçrədə hər şey çox müasir, təmiz və son dərəcə düzdür. Azərbaycanda isə işlər başqa cür dövr edir. Bəzən orda qaynar su tapa bilmirdin”.
Qeyd edək ki, Haynts Barmettler “İnter”ə ötən ilin yayında “Sürix”dən gəlmişdi. Paytaxt klubu ilə 2 illik müqavilə bağlasa da, futbolçu ümidləri doğrultmadığı üçün qış fasiləsi çatmamış komandadan göndərilmişdi.

0
0