“Qəbələ”nin “Qarabağ”la məşqini 4 futbolçu buraxdı
01.11.2013 - 12:06
“Qəbələ”nin “Qarabağ”la məşqini 4 futbolçu buraxdı
"Qəbələ" - "Sumqayıt" (2:0) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" oktyabrın 28-dən etibarən "Qarabağ"la matçın hazırlıqlarını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yuri Syominin başçılığı ilə reallaşan təlim-məşq prosesində zədəsi olan Rail Məlikov, Umar Kalaban, Abdulvahid Afolabi və Tərzin Cahangirov iştirak etməyib.

"Qəbələ" doğma məkandakı hazırlıqlarını bu gün baş tutacaq son məşqlə yekunlaşdırılacaq. Sabah səhər saatlarında isə komanda paytaxta yollanacaq. Matçöncəsi son məşq günün ikinci yarısında qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" matçı noyabrın 3-də saat 17:00-da start götürəcək. Oyun Az.TV vasitəsilə canlı yayımlanacaq.