“Böyük oyun”ların ən yaxşısı...
01.11.2013 - 12:27
“Böyük oyun”ların ən yaxşısı...
Topaz Premyer Liqasının XII turunda üz-üzə gələcək “Neftçi” ilə “Xəzər Lənkəran”ın oyunlarında indiyədək 56 qol vurulub. Apasport.az saytının məlumatına görə, 2 prinsipial rəqibin “Böyük oyun” kimi tanınan duellərinin ən məhsuldar futbolçusu Flavinyodur.

“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi “Xəzər Lənkəran”ın qapısına 6 qol vurub. Paytaxt təmsilçisinin daha bir orta sahə oyunçusu Zaur Tağızadə isə 4 dəfə fərqlənib.

“Xəzər Lənkəran”ın heyətində “Böyük oyun”larda ən çox qol vuran futbolçu isə 3 dəfə “Neftçi”nin qapısına yol tapıb. Bu sonradan “”ağ-qaralar”ın da heyətində çıxış etmiş Julius Vobaydır.

Hər komandanın heyətində 3 oyunçu “Böyük oyun”larda 2 dəfə qol sevinci yaşayıb. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov “Neftçi”ni, Nikolas Kanales, Bahodir Nasimov və Svetoslav Stefanov isə “Xəzər Lənkəran”ı 2 dəfə məyus edib.