Hafiz Məmmədovun loqo təklifi
01.11.2013 - 15:12
Hafiz Məmmədovun loqo təklifi
2015-ci il Avropa Oyunlarının loqosu və maskotu noyabrın 23-də təqdim olunacaq. Apasport.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

O deyib: “Hafiz Məmmədov ilk gündən özəl şirkəti olsa da, dövlətə müraciət edib təklif etdi ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar “Atletiko” və “Lans” analoji loqolu forma ilə çıxış etsin. Təklif qüvvədədir. Lakin hələ “Bakı-2015”in loqosu hazır deyil. Loqonun və talismanın noyabrın 23-də İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin konqresində və sinxron olaraq Bakıda təqdim olunacaq. Loqonu azərbaycanlı dizayner hazırlayıb. İstəməzdim ki, əvvəlcədən sirri tam açım”.