“Qarabağ”da köhnə-yeni çalışdırıcı
01.11.2013 - 15:47
“Qarabağ”da köhnə-yeni çalışdırıcı
“Qarabağ”da yeni təyinat rəsmiləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, az öncə aşağı yaş qruplarının koordinatoru Sebahettin Tekinlə yollarını ayıran Ağdam təmsilçisi onun vəzifəsinə Borçe Xristovu təyin edilib.

Makedoniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, əvəzedici komandadan tutmuş ən aşağı yaş qrupuna qədər nəzarət edəcək.

Xristov “Qarabağ” üçün yeni sima deyil. O, 2011/2012 mövsümündə əsas komandasının məşqçilər korpusunda yer alıb. PRO kateqoriyaya malik mütəxəssis rəhbərliyin də iştirakı ilə kluba təqdim olunub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çıxışında bildirib ki, artıq aşağı yaş qrupları daha sistemli fəaliyyət göstərəcək. Aşağı yaş qruplarının çıxışlarını diqqətdə saxlayacağını bildirən çalışdırıcı bütün yaş qruplarında eyni oyun modelin tətbiq olunacağını bildirib.