Milinko Pantiç: Hakimlər haqda sual verməyin
01.11.2013 - 18:33
“Çox çətin və emosional oyun oldu. Hesabı açsaq da, qol buraxıb fasiləyə bərabərliklə yollandıq. Amma ikinci yarıda yetirmələrim qarşılaşmanı öz xeyrimizə dəyişə bildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
“Bakı”nın Topaz Premyer Liqasının XII turunda qəbul etdiyi “Simurq”u 3:2 hesabı ilə yendi. Serbiyalı çalışdırıcı oyundan sonra təşkil edilən mətbuat konfransında hakimlər haqda danışmaq istəmədiyini söyləyib: “Ardıcıl iki heç-heçədən sonra bu qələbə hava, su kimi lazım idi. Biz məşqçi işi görünən, yaxşı təşkil olunmuş komandaya qarşı döyüşdük. Bu gün Rauf Əliyev, Əfran İsmayılov bir daha əsas heyətdə oynamağa layiq olduğunu isbatladı. Komandam bu qələbədən sonra yüksək əhval-ruhiyyə ilə “Neftçi” ilə oyuna hazırlaşacaq. Bu gün “Bakı”nın ən yaxşısı Elxan Əhmədov oldu. Çünki o, verilən bütün tapşırıqları layiqincə yerinə yetirdi. Səhv etməsi normaldır. Azərbaycan gələcəkdə ondan istifadə edə bilər. Nə edim, Elxanı atım əvəzedici heyətə, onda nə olacaq? Görüşdən öncə klub prezidenti Hafiz Məmmədovla söhbət edərkən, hakimlər haqda danışmayacağımı bildirdim. Odu ki, bu haqda mənə sual verməyin”.

0
0