“Allah hakimin canını sağ eləsin, yüz il yaşasın”
01.11.2013 - 18:39
“Allah hakimin canını sağ eləsin, yüz il yaşasın”
Topaz Premyer Liqasının XII turunun açılış oyununda “Bakı”ının qonağı olan “Simurq” 2:3 hesabı ilə uduzdu. Zaqatala təmsilçisinin baş məşqçisi Giorgi Çixradze matçdan sonra fikirlərini bölüşüb.

Gürcüstanlı mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını söyləyib: “Çoxsaylı hücumların şahidi olduq. Top uğrunda gərgin mübarizə getdi. Heç nədən, adi səhvlərdən qapımızda iki qol gördük. Fikrimcə, bu oyunda 1 xal qazanmalı idik. Hakimlik barədə nə deyə bilərəm? Allah canını sağ eləsin, yüz il yaşasın”.