“İnter”in 21 yaşlı futbolçusu karyerasını başa vurdu
01.11.2013 - 21:44
“İnter”in 21 yaşlı futbolçusu karyerasını başa vurdu
İtaliya təmsilçisi “İnter”in 21 yaşlı müdafiəçisi Feliçe Natalino futbolçu karyerasının başa vurub. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb oyunçunun səhhətində yaranan problemlər olub.

Belə ki, ötən il komanda həkimləri tərəfindən ürəyində problem olduğunu aşkarlanan gənc futbolçu bu il ürək tutması keçirib. Ətraflı yoxlanışdan sonra futbol oynamağın Natalino üçün çox təhlükəli olduğu deyilib. O da karyerasını başa vurmağı qərara alıb.

Yaşananlarla bağlı “Tvitter” sosial şəbəkəsindəki şəxsi hesabından açıqlama verən italiyalı futbolçu bu sözləri deyib: “Mən futbola qayıtmaq arzusunda idim, lakin taleyin mənimlə bağlı başqa planları var imiş. Amma həmişə fəxr edəcəyəm ki, Samuel Eto’O kimi ulduz futbolçularla bir komandada çıxış etmişəm”.