“Atletiko”dan növbəti müqavilə
02.11.2013 - 03:53
“Atletiko”dan növbəti müqavilə
“Atletiko” daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

Madrid təmsilçisi 27 yaşlı müdafiəçisi Dieqo Qodin ilə müqavilənin vaxtını 2018-ci ilə qədər uzadıb. Bununla da cari sözləşməsi 2015-ci ildə başa çatacaq futbolçu daha 3 il komandasına xidmət edəcək.

Qeyd edək ki, Uruqvay millisinin də üzvü olan Qodin 2010-cu ildə İspanoyanın digər klubu “Vilyarreal”dan “Atletiko”ya transfer olunub.