“Qalatasaray”da Sneyder şoku
02.11.2013 - 04:58
“Qalatasaray”da Sneyder şoku
“Qalatasaray”ın ulduz futbolçusu Uesley Sneyder zədələnib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi ötən gün “Konyaspor”a qarşı keçirilən oyunda start heyətdə yer alsa da meydan meydançanı tez tərk etmək məcburiyyətində qalıb.

Belə ki, 7-ci dəqiqədə topa vurmaq istəyərkən sağ baldırından zədələnən təcrübəli futbolçu ilə bağlı baş məşqçi Roberto Mançini də açıqlama verib. İtaliyalı mütəxəssis Sneyderin bir-iki günə tibbi müayinədən keçiriləcəyini deyib.

Qeyd edək ki, 29 yaşlı futbolçu zədə səbəbindən bu qarşılaşmaya komandadan ayrı çalışmışdı.