Kapello: İtaliyada irqçilik problemi yoxdur
02.11.2013 - 06:57
Kapello: İtaliyada irqçilik problemi yoxdur
Futbol üzrə Rusiya yığma komandasının baş məşqçisi Fabio Kapello irqçiliklə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsini mətbuatına danışan italiyalı mütəxəssis insanları fərqli irqə mənsub olduğuna görə təhqir edənləri dardüşüncəli adlandırıb.

Kapello bu halların futbolda da yaşanmasına təəssüfləndiyini deyib: “Bununla bağlı İtaliyada fəal mübarizə aparılır. Amma əslində bunlara stadionlara yığışan və özlərini qəhrəman kimi aparan az sayda dardüşüncəli insanlardır. İrqçilik bundan ibarətdir. Ümumilikdə İtaliyada belə problem yoxdur. Bu kütbaşlar bilirlər ki, sabah hamı onlar haqqında danışacaq, qəzetlər onlardan yazacaq. Bu tipli insanları futbol maraqlandırmır. Onlar üçün maraqlı olan stadionlarda təhqiramiz şüarlar səsləndirmək, dava salmaq və yanğınlar çıxarmaqdır”.

Qeyd edək ki, futbolçuların irqçi təhqirlərə məruz qalması halları ən çox İtaliyada yaşanır.