Xerardo Martino minimal hesablı nəticədən narazı qaldı
02.11.2013 - 07:58
Xerardo Martino minimal hesablı nəticədən narazı qaldı
“Barselona” ötən gün İspaniya La Liqasının XII turu çərçivəsində “Espanyol”u 1:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, oyundan sonra yerli mətbuata danışan Kataloniya klubunun baş məşqçisi Xerardo Martino çıxışından narazı qalıb.

Argentinalı mütəxəssis hücuma çıxarkən ardıcıllıq olmamasından gileylənib: “Qazandığımız nəticələrə baxanda biz ideal komanda kimi görünürük. Amma oyunumuzu da yaxşılaşdırmalıyıq. Məsələn, bu günkü (ötən gün) hücumlarımızda ardıcıllıq çatışmırdı. Hesab edirəm ki, bu matçda elə də yaxşı oyun göstərmədik. Onu da qeyd edim ki, rəqib də bizə qarşı var gücü ilə mübarizə apardı”.

Qeyd edək ki, hazırda “Barselona” 34 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşır.