Millimizin futbolçusu Almaniyada növbəti qolunu vurdu
02.11.2013 - 11:05
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Erat Almaniyada növbəti qolunu vurub. Apasport.az saytının məlumatına görə, Düsseldorf “Fortuna”sının U-23 komandasının üzvü “Uerdingen 05”lə matçda fərqlənib.
O, ikinci hissə başlar-başlamaz komandasının üstünlüyünü daha da artırıb. İstedadlı futbolçu 46-cı dəqiqədə fərqlənib. Onun komandası isə doğma azarkeşlər önündə baş tutan matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. Bununla da “Fortuna”nın 2-ci komandası məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb.
Qeyd edək ki, U-21-in seçmə mərhələ oyunlarında 3 qola imza atan Tuğrul Erat “Fortuna”da cari mövsüm 4-cü qolunu vurub.

0
0