“Simurq” hakimlikdən narazı qaldı: Elvin Məmmədov qovulmalı idi
02.11.2013 - 11:23
XII turun dünən baş tutan “Bakı” – “Simurq” oyunundakı hakimlik Zaqatala təmsilçisini razı salmayıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, baş hakim Ramil Diniyevin qonaqların qapısına 2 penalti təyin etməsindən əlavə, onun bəzi qərarları da “Simurq” tərəfinin ürəyincə olmayıb.
Belə ki, bölgə klubunun iddiasına görə, ilk hissənin sonlarında Elvin Məmmədov Ruslan Poladova qarşı kobudluq etsə də, meydan sahiblərinin yarımmüdafiəçisi 2-ci sarı vərəqə ilə meydandan qovulmayıb. Üstəlik, “Bakı”nın gənc qapıçısı Elxan Əhmədov ilk hissədə Rəşad Eyyubova qarşı cərimə meydançası daxilində kobudluq etsə də, bu, penalti kimi dəyərləndirilməyib.
Qeyd edək ki, “Simurq” tərəfi artıq oyundan sonra bununla bağlı öz etirazını rəsmi şəkildə protokolda əks etdirib. Bu matçda hakimin çıxardığı qərarlar AFFA İntizam Komitəsinin növbəti iclasında müzakirə olunacaq.

0
0