Yığmamızın rəqibi darmadağın olundu
02.11.2013 - 11:54
Yığmamızın rəqibi darmadağın olundu
Milli komandamızın növbəti yoldaşlıq oyunlarında rəqiblərindən olan Qırğızıstan yığması noyabr ayına yaxşı başlamayıb. Apasport.az saytının məlumatına görə, Orta Asiya təmsilçisi vaxtilə millimizə də yaxşı tanış olan İndoneziyanın qonağı olub.

Paytaxt Cakartada baş tutan oyun qonaqlar üçün darmadağınla nəticələnib. Belə ki, cənub-şərqi asiyalılar hər hissəyə 2 qol vurmaqla matçdan böyük hesabla ayrılıb – 4:0. Ötən ay Bişkekdə Tacikistana 1:4 uduzan Qırğızıstan noyabrın 11-də Küveyt, 15-də yenidən Tacikistanla qarşılaşacaq.

Qeyd edək ki, noyabrın 19-da isə millimiz Qırğızıstan yığmasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.