“Rəvan” rəsmisinin “Bakı”nın tədbirində nə işi vardı? – FOTO
02.11.2013 - 12:20
“Bakı”nın 5 1999-cu il təvəllüdlü futbolçularının Madrid “Atletiko”sunun düşərgəsinə yola salınması mərasimində “Rəvan” rəsmisi də iştirak edib. Apasport.az saytının məlumatına görə, bu, sentyabr ayında “sarı-qırmızılılar”ın idman direktoru vəzifəsinə təyin olunmuş Füzuli Əliyevdir.
Apasport.az bunun səbəbini aydınlaşdırıb. Sən demə, “Bakı”nın müdafiəçisi Elvin Əliyevin atası olan Füzuli Əliyevin digər oğlu da bu klubun üzvü imiş. Bu, adıçəkilən klubun aşağı yaş qrupundan ibarət komandasında çıxış edən Rəşid Əliyevdir. Ona görə də ata Əliyev tədbirdə “Rəvan” rəsmisi kimi yox, sadəcə valideyn kimi qonaq olub.
Qeyd edək ki, Rəşid Əliyevdən başqa, İspaniyanın paytaxtı Madridə yola düşəcək futbolçular
Ruslan Süleymanov, Qəlbinur Adıgözəlli, Asim Abdullazadə və Cavid Mikayıllıdır. Onlar bu gün adıçəkilən ölkədə olacaq.

0
0