Millimizin rəqibinin çalışdırıcısı: 0:4 hesabı ilə yenilmək böyük problem deyil
02.11.2013 - 12:35
“Mən İndoneziya yığmasını qələbə münasibətilə təbrik edirəm. 0:4 hesabı ilə yenilmək böyük problem deyil. Ona görə ki, bu bizim ən yaxşı oyunumuz deyildi”. Apasport.az saytının məlumatına görə, bunu Qırğızıstan millisinin baş məşqçisi Sergey Dvoryankov deyib.
Rusiyalı məşqçi İndoneziya millisinə 0:4 uduzduqları oyundan sonra qarşılaşma haqqında fikirlərini bildirib. Dvoryankov hələ də oyunçu axtarışlarında olduqlarını bildirib: “Biz gələn il mayda Maldiv adalarında keçiriləcək Asiya Futbol Konfederasiyası Kubokuna hazırlaşırıq. Ən yaxşı oyunumuzu göstərmək üçün oyunçu axtarışlarımızı davam etdirəcəyik”.
Qeyd edək ki, Qırğızıstan millisi yığmamızın noyabrın 19-da keçirəcəyi yoldaşlıq oyununda rəqibidir. Bişkekdə başlayacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

0
0