Peru millisinin erməni baş məşqçisi işindən azad edildi
02.11.2013 - 15:14
Peru millisinin erməni baş məşqçisi işindən azad edildi
Peru millisinin erməniəsilli baş məşqçisi Serxio Markaryan istefaya göndərilib. Apasport.az Peru Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, buna səbəb kimi komandanın DÇ-2014-ün seçmə mərhələsində uğursuz çıxış etməsi göstərilib.

Peru seçmə mərhələ çərçivəsində keçirdiyi 16 matçdan sonra mübarizəni 15 xalla 7-ci pillədə başa vurub. Bu isə onun gələn il Braziliyada keçiriləcək mundialda iştirakının üstündən xətt çəkib.

Qeyd edək ki, Uruqvayın paytaxtı Montevideoda doğulan Markaryan dünən 68 yaşını qeyd edib. O, 2 dəfə ayrı-ayrı vaxtlarda Paraqvay millisini və məşhur klublardan “Panatinaikos”u çalışdırıb. Erməni mənşəli mütəxəssis 2010-cu ildən Peru millisini çalışdırırdı.