Millimizin sabiq futbolçusu cəzalı duruma düşdü
02.11.2013 - 15:48
Milli komandamızın və AZAL-ın sabiq mərkəz müdafiəçisi Usim Nduka sabah Türkiyə çempionatında meydana çıxa bilməyəcək. Apasport.az saytının məlumatına görə, “Tavşanlı Linyitspor”a məxsus olan nigeriyalı futbolçu ötən tur 90 dəqiqə forma geydiyi “Manisaspor”la görüşün 35-ci dəqiqəsində sarı vərəqə alıb.
Bu isə 28 yaşlı futbolçunun vərəqə limitini doldurmasına səbəb olub. Ona görə də Nduka sabah baş tutacaq “Kahramanmaraşspor”la səfər oyununda meydanda görünməyəcək. Usim yalnız komandasının 12-ci turda “İstanbul BB” ilə görüşündə meydana çıxa bilər.
Qeyd edək ki, digər millimizin sabiq üzvü Fərid Quliyevin məxsus olduğu “Kahramanmaraşspor”un “Tavşanlı Linyitspor”la matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

0
0