“Simurq”un qapımıza cəmi 2 zərbəsi oldu” - MÜSAHİBƏ
02.11.2013 - 17:10
“Bakı”nın ispaniyalı mərkəz müdafiəçisi Rubenin apasport.az saytına müsahibəsi
- “Simurq”a qalib gəldiniz. Qarşılaşma haqqında nə deyə bilərsiniz?
- Çətin oyun keçdi. Ancaq qarşılaşmada üstün tərəf biz idik. Rəqib qapısı önündə çoxlu qol vəziyyətləri yaratdıq. Bunlardan 3-dən yararlana bildik. Rəqib komanda uzun öütrmələrə üstünlük vermək istəyirdi. Ancaq onların demək olar ki, qapımıza cəmi 2 zərbəsi oldu. Həmin zərbələr də qolla nəticələndi.
- 3 oyundur ki, qələbə qazana bilmirdiniz. Maraqlı təsadüfdür ki, qələbəniz həmyerlilərinizin Bakıya səfəri ilə üst-üstə düşdü.
- Fərqi yoxdur, istər Madrid “Atletiko”sunun, istərsə də başqa klubun nümayəndələri oyunlarımıza baxmağa gəlsin. Biz bundan asılı olmayaraq, bütün qarşılaşmalara qələbə ilə çıxırıq. “Simurq”la oyuna da bu niyyətlə çıxdıq və 3:2 hesabı ilə qələbə qazandıq.
- Rəqib komandanın nümayəndələri verilən 2 penaltidən narazı qalıb. Bitərəf biri kimi danışmalı olsanız, hakimlik sizə görə necə təsir bağışladı?
- Bu haqda heç nə deyə bilmərəm. Hakim nə bizə, nə də onlara tərəf deyildi.
- Növbəti turda “Neftçi”nin qonağı olacaqsınız. Bu haqda nə deyə bilərsiniz?
- Qarşıda 9 günümüz var. Bu oyuna da ciddi hazırlaşacağıq ki, növbəti qələbəmizi qazanaq.
- Qış fasiləsinə ilk 3 komandaya çatmaq mümkün olacaqmı? Çünki bu komandalarla aradakı xal fərqi çox böyükdür...
- İlk növbədə “Neftçi” ilə oyunu fikirləşmək lazımdır. “Neftçi”yə qalib gəldikdən sonra bu haqda fikir yürütmək olar. Ancaq hazırda bütün diqqətlərimiz bu oyunadır.
Səbuhi TOFİQOĞLU

0
0