Kaxaber Sxadadze: Bu, 2-3 top vurduğumuz oyunda bizim üçün faciədir
02.11.2013 - 20:17
“Oyunun əvvəlinə baxdıqda rahat qələbə qazanmalı idik. Lakin futbolçular müəyyən qədər diqqəti itirdilər, müdafiədə səhvlər buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Topaz Premyer liqasının XII turunun “Rəvan”la oyunu haqda fikirlərini açıqlayıb: “Futbol yalnız hücum deyil, müdafiədən də ibarətdir. Qol vurduqdan sonra taktiki dəyişiklik etdik, müdafiədə stabil oynamağa başladıq. Çox yaxşı oynadıq, çoxlu qol imkanları yaratdıq. Üç qol vurduq, lakin iki qol buraxdıq. Bu, 2-3 top vurduğumuz oyunda bizim üçün faciədir. Bunun üzərində çalışacağıq. Bugünkü oyunda qalib gəlmək vacib idi. Bundan sonra yalnız irəli getməliyik”.
Qeyd edək ki, “İnter” paytaxt derbisində 3:2 hesabı ilə qalib gəlib.
Mənbə: pfl.az

0
0