“Böyük hesablı qələbə haqda düşündük”
03.11.2013 - 00:00
“Neftçi”nin futbolçusu Mahir Şükürovun apasport.az saytına müsahibəsi
- Oyundan fərqli hesab asan qələbə qazandığını düşünməyə əsas verir. Meydanda mübarizə aparan futbolçu kimi, siz nə deyə bilərsiz?
- Oyundan sonra bunu demək düzgün olmazdı. Ancaq qələbə qazanacağımıza inanırdıq. Asan olmasa da, bunu bacardıq. İkinci qolu vurduqdan sonra böyük hesabla qalib gələcəyimizi düşünməyə başladıq.
- Qol vurulana qədər müdafiəyə daha çox diqqət yetirirdiniz. Bunun nəticəsi olaraq qapıya düz-əməlli zərbə endirilmədi...
- Çünki rəqib “ayağımıza oturmuşdu”. Onların da məşqçilər korpusu var və oyunlarımızı izləyirlər. Bilirlər ki, hansı cinahdan daha çox hücum qururuq. İkinci hissədə oyunumuzu düzəltdik və ev sahibi olduğumuzu sübut etdik.
- Futbolçular arasında gərginlik var idi. Xüsusilə də başlanğıcda bir-birinizə qarşı çox aqressiv idiniz. Bu nədən irəli gəlirdi?
- Futbolda belə şeylər olur. Oyundan əvvəl klub rəhbərinə söz vermişdik ki, qələbə qazanıb, sizə hədiyyə edəcəyik.
- Con Toşakla nəyin üstdə mübahisə edirdiniz?
- Futbolçu ilə mübahisəm olubsa, ondan üzr istəyə bilərəm. Sən məşqçisən, hər şeyə reaksiya verməyin düzgün deyil. Kənardan bizi söyürdü.
- Nə deyirdi?
- O, söyüş söyürdü ki, bizim braziliyalı futbolçularımız ona sərt reaksiya verdilər. Onun dilini başa düşmürəm. Belə olmaz belə. Kubokun finalında dava saldın, Superkubokda da yenə həmin şeyi təkrarladın. Ajiotajı elə Toşakın özü yaradır.
- Adətən “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasındakı oyunlarda azarkeş baxımından anşlaq olurdu. Amma bu dəfə bunun şahidi olmadıq. Bu futbolçulara necə təsir etdi?
- Belə olmağı yaxşıdır. Çünki azarkeşlər dava-dalaş eləyirlər. Nə bizim azarkeşlər Lənkərana getsin, nə də onların fanatları Bakıya gəlsin. Bu məsləhətli addımdır.

0
0