Çempion son turda müəyyənləşdi
03.11.2013 - 12:11
Çempion son turda müəyyənləşdi
Çempionlar Liqasının 2014/15 mövsümündə iştirak edəcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, gələn mövsüm qitənin ən nüfuzu klub turnirində Qazaxıstanı təmsil edəcək klubun adı bəllidir.

Ölkə çempionatının son turunda “Ordabası” ilə heç-heçə (2:2) edən “Aktobe” qızıl medallara sahib olub. Sonuncu dəfə 2009-cu ildə Qazaxıstan çempionu olan “Aktobe” qazandığı 1 xalla –ci yerə yiyələnib. Onların ən yaxın izləyicisi “Astana” “Şaxtyor”u 4:1 hesabı ilə məğlub etsə də, çempiondan 1 xal geri qalıb.

Qeyd edək ki, “Aktobe” növbəti mövsümdə Çempionlar Liqasında mübarizəni II təsnifat mərhələsindən başlayacaq.