“Xəzər Lənkəran”a bunu yaşadan olmamışdı
03.11.2013 - 12:54
“Xəzər Lənkəran”a bunu yaşadan olmamışdı
“Xəzər Lənkəran” tarixində 8-ci dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XII turunda “Neftçi”yə 1:4 hesabı ilə uduzan cənublular yarandığı 2004-cü ildən bu məğlubiyyətə qədər cəmi 7 dəfə 3 və ya daha çox top fərqi ilə uduzmuşdu.

Bu 8 darmadağından 5-i çempionat, 2-ci avrokubok, 1-i ölkə kubokuna təsadüf edib. 6-cı dəfə səfərdə belə acınacaqlı məğlubiyyətə üzülən “Xəzər Lənkəran” öz meydanında 2 dəfə azarkeşlərinə üzüntü yaşadıb.

Lakin ötən həftə “Qarabağ”dan 3 cavabsız qol buraxan Con Toşakın yetirmələri 9 il ərzində heç vaxt ardıcıl 2 darmadağınla üzləşməmişdi. Bu dəfə isə komanda ardıcıl 2 görüşdə böyük hesabla uduzdur. Bu da ki, klub tarixinin ən uğursuz seriyasıdır.

Bundan başqa “Neftçi”də “Xəzər Lənkəran” üçün ən uğursuz rəqib adına yiyələnib. Belə ki, bakılılar cənub təmsilçisi üzərində 2 böyükhesablı qələbəsi olan ilk komanda kimi tarixə düşüb. Paytaxt təmsilçisindən başqa bunu bacaran olmayıb. “Neftçi”dən başqa heç bir komanda “Xəzər Lənkəran”a 2 dəfə belə acınacaqlı məğlubiyyət yaşatmayıb.

2005/06 mövsümü, Azərbaycan kubok
07.05.2006. KARVAN (Yevlax) - 0:3

2008/09 mövsümü, UEFA kuboku
31.07.2008. LEX (Polşa) - 1:4

2010/11 mövsümü, Premyer Liqa
17.10.2010. GƏNCƏ (Gəncə) - 1:4

2011/12 mövsümü, Premyer Liqa
06.11.2011. NEFTÇİ (Bakı) - 0:5

2011/12 mövsümü, Premyer Liqa
14.04.2012. BAKI (Bakı) - 1:4

2013/14 mövsümü, Avropa Liqası
25.07.2013. MAKKABİ (Hayfa, İsrail) – 0:8

2013/14 mövsümü, Premyer Liqa
27.10.2013. QARABAĞ (Ağdam) – 0:3

2013/14 mövsümü, Premyer Liqa
02.11.2013. NEFTÇİ (Bakı) – 1:4