Flavinyodan 7-ci, “Neftçi”dən 30-cu, “Böyük oyun”larda 60-cı qol
03.11.2013 - 13:20
Flavinyodan 7-ci, “Neftçi”dən 30-cu, “Böyük oyun”larda 60-cı qol
“Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”larda yubiley – 60-cı qol vurulub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer liqasının XII turunun Bakıda baş tutan matçında (4:1) komandasının təsəlli qolunu vuran Etame Mbilla prinsipial rəqiblərin duellərində yubiley topunun müəllifi olub.

Belə ki, bu matçadək komandaların baş tutan 30 oyununda 56 qol vurulmuşdu. Hesabı 3:1 edən legioner qarşılaşmada 4-cü, “Böyük oyun”larda yubniley qoluna imza atıb.

Ötən həftə Superkubok görüşündə də “Neftçi”nin qapısına qol vuran Etame ardıcıl 2 dəfə bu matçlarda qol vuran 7-ci futbolçudur. Bu iksə “Böyük oyun”ların qol rekordudur. Etameyədək Uinston Parks, Rəşad Abdullayev, Julius Vobay, Svetoslav Stefanov, Flavinyo, Zaur Tağızadə də ardıcıl 2 dəfə bu duellərdə qol vurmuşdu. Mbilla III dövrədə də qol vursa mütləq rekordçu olacaq.

“Böyük oyun”ların mütləq rekordçusu isə Flavinyodur. Braziliyalı futbolçu bu dəfə matçda son qolu vurmaqla 7-ci dəfə “Xəzər Lənkəran”ı məyus edib. Cənubi amerikalı bu göstəricidə ən yaxın izləyicisi Zaur Tağızadədən 3 qol öndədir.

Özünün bu görüşlərdə 3-cü dəfə fərqlənən Bahodir Nasimov isə qarşılaşmada hesabı açmaqla “Böyük oyun”larda “Neftçi”nin 30-cu qoluna imza atdı.