A Seriyasında XI tur sülhlə yekunlaşdı
05.11.2013 - 02:14
A Seriyasında XI tur sülhlə yekunlaşdı
Futbol üzrə İtaliya çempionatında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə bir görüş baş tutub.

Turnir cədvəlinin son sıralarında qərarlaşan iki klub üz-üzə gəlib. "Boloniya" doğma azarkeşləri qarşısında "Kyevo"u qəbul edib. Nə qədər çalışsalar da hesabı aça bilməyən tərəflər meydandan qolsuz heç heçə ilə ayrılıb.

Turun digər matçlarında da maraqlı görüşlər qeydə alınıb. “Yuventus” səfərdə “Parma” klubu ilə üz-üzə gəlib. Turin təmsilçisi ikinci hissədə vurduğu yeganə qolla zəfər çalıb. Liderin ən yaxın izləyicisi “Napoli” də doğma arenada 3 xala sevinib. Rafael Benitesin yetirmələri “Kataniya”nı 2:1 hesabı ilə məğlub edib.

Ötən tur evdə xal itkisi ilə üzləşən “Milan” bu dəfə də büdrəyib. “Qırmızı-qaralar” doğma publika qarşısında “Fiorentina”ya 2 cavabsız qolla boyun əyiblər.

Lider “Roma” cari çempionatda ilk dəfə xal itkisi ilə üzləşib. Mövsümə ardıcıl 10 qələbə ilə başlayaraq rekor müəyyənləşdirən paytaxt klubu “Torino” ilə səfər görüşündə büdrəyib – 1:1.

“İnter” qonaq meydanında “Udineze”yə heç bir şans verməyib. Milanlılar rəqibini 3 cavabsız qolla deviriblər. “Latsio” isə evdə “Cenoa”ya uduzub – 0:2.


İtaliya A Seriyası
11-ci tur

2 noyabr

"Parma" - "Yuventus" - 0:1
Poqba, 77

"Napoli" - "Kataniya" - 2:1
Kallehon, 15, Hamşik, 20 - Kastro, 25

"Milan" - "Fiorentina" - 0:2
Varqas, 27, Valero, 73


3 noyabr
"Livorno" - "Atalanta" - 1:0
Paulo Sergio, 11

"Udineze" - "İnter" – 0:3
Palasio, 25, Ranokkiya, 30, Alvarez, 90

"Sampdoriya" - "Sassuolo" - 3:4
Pozzi, 19, Eder, 65, De Silvestri, 81 – Berardi, 49; 52-pen. 88-pen. , F.Flores, 63

"Latsio" - "Cenoa" - 0:2
Kuçka, 61, Cilardino, 72

"Verona" - "Kalyari" - 2:1
Toni, 8, Yankoviç, 57 – Konti, 90

"Torino" - "Roma" - 1:1
Çerci, 63 – Strutmen, 28

4 noyabr
"Boloniya" - "Kyevo" - 0:0


1
Roma
11
10
1
0
25:2
31
2
Napoli
11
9
1
1
24:8
28
3
Yuventus
11
9
1
1
23:10
28
4
İnter
11
6
4
1
27:12
22
5
Verona
11
7
1
3
22:17
22
6
Fiorentina
11
6
3
2
22:13
21
7
Latsio
11
4
3
4
15:15
15
8
Cenoa
11
4
2
5
11:14
14
9
Atalanta
11
4
1
6
12:14
13
10
Udineze
11
4
1
6
11:14
13
11
Milan
11
3
3
5
17:19
12
12
Torino
11
2
6
3
17:19
12
13
Parma
11
3
3
5
16:19
12
14
Livorno
11
3
3
5
13:16
12
15
Kalyari
11
2
4
5
11:19
10
16
Boloniya
11
2
4
5
13:22
10
17
Sampdoriya
11
2
3
6
12:20
9
18
Sassuolo
11
2
3
6
12:27
9
19
Kataniya
11
1
3
7
7:19
6
20
Kyevo
11
1
2
8
7:18
5