“Neftçi”dən 5 zərbə, 4 qol
03.11.2013 - 15:12
“Neftçi”dən 5 zərbə, 4 qol
Topaz Premyer Liqasının XII turunda keçirilən “Neftçi” – “Xəzər Lənkəran” oyununun statistik göstəriciləri açıqlanıb. Apaasport.az saytının məlumatına görə, həm ümumi zərbə sayında. Həm də çərçivəyə istiqamətlənən toplarda “Xəzər Lənkəran” rəqibindən bir baş üstün olub.

Lakin daha dəqiq olan “Neftçi” “Böyük oyun”da 4:1 hesabı ilə qalib gəlib. Bakılıların qapıya düşən 5 zərbəsindən 4-ü qolla nəticələnib. Cənublular isə 13 belə zərbədən yalnız birində sevinib. Bu da “ağ-qaralar”ın qolkiperi Saşa Stamenkoviçin əməyidir. “Xəzər Lənkəran”dakı rəqibi Orxan Sadıqlıdan fərqli qapıda daha inamlı olan serbiyalının oyunu da nəticəyə təsir edib.

“Neftçi”
“Xəzər Lənkəran”
4
Qollar
1
29.19
Topa sahib olma (dəqiqə)
21.34
52%
Topa sahib olma (faizlə)
48%
9
Zərbələr
16
5
Çərçivəyə zərbələr
13
4
Künc zərbələri
4
19
Qayda pozuntuları
21
4
Oyundankənar vəziyyət
4
2
Sarı vərəqlər
4
0
Qırmızı vərəqələr
0
379
Dəqiq ötürmələr
298
81%
Dəqiq ötürmələr (faizlə)
79%
105
Qalib gəldiyi mübarizələr
108
49%
Qalib gəldiyi mübarizələr (faizlə)
51%