Yuri Syomin: Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi
03.11.2013 - 19:38
Yuri Syomin: Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi
“Çox maraqlı oyun oldu, təəssüf ki, bizim xeyrimizə başa çatmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis Topaz Premyer Liqasının XII turunun “Qarabağ”la qarşılaşmasında 3:4 hesabı ilə uduzduqlarına təəssüfləndiyini bildirib: “Müdafiədə çox səhvlər buraxdıq, rəqib bu səhvlərə görə bizi cəzalandırdı. İkinci hissədə komanda çox çalışdı, sona kimi mübarizə apardılar. Qələbə qazana bilmədiyimiz üçün üzülürəm. Təəssüf ki, oyuna az sayda azarkeş gəlmişdi. Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi”.

Mənbə: pfl.az