Qurban Qurbanov: Premyer Liqamıza yaxşı məşqçilər gəlir
03.11.2013 - 19:44
Qurban Qurbanov: Premyer Liqamıza yaxşı məşqçilər gəlir
“Futbol buna görə sevilir. Oyun heç-heçə də başa çata bilərdi, məğlub da ola bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

41 yaşlı mütəxəssis Topaz Premyer liqasının XII turunun “Qəbələ” ilə görüşü (4:3) haqda fikirlərini bildirib: “Qəbələ” sübut elədi ki, yaxşı komandadır, futbolçuları topla yaxşı davrana bilir. Hər oyunda 7 qol vurulmur. Bir daha gördük ki, çempionat çox ağırdır, Premyer Liqamıza yaxşı məşqçilər gəlir. Rəqib sona qədər mübarizə apardı, əbəs yerə ilk üçlükdə olmadığını göstərdi”.

Mənbə: pfl.az